ABŞ yə məxsus PUA Hörmüz boğazında vurulub

22.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış "MQ-1" tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.

Avtosfer.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərbçiləri korpusun yeni və müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə Hörmüz boğazının şərqində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış MQ-1 tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını ələ keçirərək məhv ediblər”, - deyə bəyanatda bildirilib.

SEPAH-ın məlumatına görə, bu, son 24 saat ərzində korpusun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dördüncü ABŞ kəşfiyyat-zərbə PUA-sıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью