Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində sentyabrda Nyu-Yorka planlaşdırılan səfəri şəhər və hüquq-mühafizə orqanları üçün ciddi problemlərə yol aça bilər.
“Qafqazinfo” “New York Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr bildirib.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları ehtiyat edirlər ki, Nyu-York merinin Netanyahunun ünvanına kəskin tənqidləri kütləvi etirazlara səbəb ola bilər. Bu isə həm İsrail nümayəndə heyəti, həm də yerli sakinlər və polis əməkdaşları üçün təhlükə yaradır.
Qeyd edək ki, Netanyahunun BMT Qərargahındakı çıxışı sentyabrın 26-na planlaşdırılıb. Səfər proqramı hələ tam təsdiqlənmədiyindən, onun təhlükəsizliyinin təmin olunmasına neçə polis əməkdaşının cəlb ediləcəyi dəqiq bəlli deyil. “New York Post”un məlumatına görə, bunun üçün 60 və ya daha çox hüquq-mühafizə əməkdaşı tələb oluna bilər.
Xatırladaq ki, keçən ay Nyu-York meriyası nümayəndələri Netanyahunun BMT Baş Assambleyasına səfəri zamanı həbs edilməsi imkanlarını hüquqşünaslarla müzakirə etdiyini bildirmişdi.