ABŞ yə səfərini yarıda qoydu

03.05.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Serbiya Prezidenti Aleksandr Vuçiç səhhətində yaranan problemlərə görə ABŞ-yə səfərini yarıda qoyaraq Serbiyaya qayıtmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.
Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı qəfildən özünü pis hiss edib. Müayinədən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib.
Səfər zamanı Vuçiç Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, həmçinin İllinoys ştatının sabiq qubernatoru Rod Blaqoyeviç və ABŞ-dəki serbiyalı iş adamları ilə danışıqlar aparmağa müvəffəq olub. Lakin ABŞ Prezidenti Donald Trampla görüş baş tutmayıb.
Agentliyin məlumatına görə, Serbiya liderinin administrasiyası yaxın günlərdə bu hadisəyə münasibət bildirəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью