ABŞ yə səfir tapmaqda çətinlik çəkir

14.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki səfiri postunu tutacaq nüfuzlu şəxs tapmaqda çətinlik çəkir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, Zelenski daha əvvəl keçmiş Baş nazir Yuliya Sviridenkonu Olqa Stefanişinanın yerinə Ukraynanın ABŞ-dəki səfiri təyin etməyi planlaşdırıb. Lakin Sviridenkonun imtinası dövlət başçısının planlarını pozub.

Ukrayna Baş nazirinin Avropa məsələləri üzrə keçmiş müavini İvanna Klimpuş-Tsintadzenin sözlərinə görə, lazımi nüfuza malik şəxslər bu vəzifəyə ehtiyatla yanaşır və iş şəraitindən ehtiyat edirlər. Klimpuş-Tsintadzenin fikrincə, yeni səfir Zelenskinin yaxın əhatəsinə daxil olmalıdır, lakin hazırda burada ciddi namizədlər yoxdur. 

Mənbələrdən biri isə səfir olmaq istəyən şəxslərin bu posta tam uyğun olmadıqlarını bildirib: “Əlbəttə, bu postda çalışmaq istəyən şəxslər var, amma onlardan heç biri tam uyğun deyil. Əvəzedici tapmaq çətindir”. 

Xatırladaq ki, Ukraynanın ABŞ-dəki son səfiri Olqa Stefanişina iyulun 12-də şəxsi səbəbləri əsas gətirərək istefa ərizəsi yazıb. Bununla belə, onun adının korrupsiya qalmaqalında hallandığı üçün bu vəzifədən uzaqlaşdırıldığı bildirilir. İddialara görə, bu vəzifəyə Ukraynanın hazırki Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerovun təyin edilməsi ehtimalı olsa da, Vaşinqton Umerovun irimiqyaslı korrupsiya qalmaqalının fiqurantı olan iş adamı Timur Mindiçlə əlaqələrini əsas gətirərək onun namizədliyini rədd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью