ABŞ yə turist axını azalır KİV

26.03.2025

Icma.az bildirir, Manset portalına istinadən.

ABŞ prezidenti Donald Tramp administrasiyasının immiqrasiya və ticarət siyasəti turistləri ABŞ-yə səyahət planlarını yenidən nəzərdən keçirməyə məcbur edir.

Manset.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Məlumata görə, getdikcə daha çox xarici vətəndaş sərhəddə həbslər, ABŞ-nin ticarət tərəfdaşları üçün tariflərin artırılması və Vaşinqtonla müttəfiqləri arasında münasibətlərin pisləşməsi ilə bağlı narahatlığını ifadə edir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ-yə gələn turistlərin sayı getdikcə azalır və bəzi ölkələr, o cümlədən Böyük Britaniya, Almaniya və Kanada öz səyahət tövsiyələrini yeniləyərək vətəndaşlara vizasız səyahətin ölkəyə maneəsiz girişə zəmanət vermədiyini xatırladıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью