ABŞ yeddi şərti icra etməsə... Qalibaf

20.10.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

"Mən açıq şəkildə ABŞ vitse-prezidentinə (Cey Di Vens) müraciət edərək bildirdim ki, Amerikanın islam inqilabından (1979) əvvəl və sonra İrana qarşı mənfi siyasətini uzun tarixi bizi Amerikaya qarşı etimadsızlığın zirvəsinə çatdırıb və indi də Tramp hökuməti tərəfindən İslamabad anlaşma memorandumunun pozulması ilə onun təkrar təhdidləri bu etimadsızlığın təməlini əvvəlkindən daha da ucaldır", - İranın spikeri deyib və əlavə edib ki, Tehran müharibə tərəfdarı deyil.

Görüşdə Pakistanın İranla sərhəd mübadilələri ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, bu, müvəqqəti və texniki idi. Belə ki, sərhədlər bu gündən etibarən açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью