Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib.
APA xəbər verir ki, bu barədə məlumat komandanlığın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılıb.
“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, – deyə açıqlamada bildirilir.
"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.