ABŞ Yəmənə bir ay ərzində 900 dən çox zərbə endirib

17.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Silahlı Qüvvələri son bir ay ərzində husilərin nəzarətində olan Yəmən ərazilərinə 900-dən çox hava zərbəsi və dənizdən bombardman həyata keçirib.

APA "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə yəmənli üsyançıların lideri Əbdül Məlik əl-Husi bildirib.
Onun sözlərinə görə, təkcə bu həftə bir neçə vilayətə 220-dən çox zərbə endirilib.
Qeyd edilib ki, hava hücumlarında B-2 bombardmançıları və F-18 qırıcıları istifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью