Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ ordusunun Yəmənin paytaxtı Sənaya zərbələri nəticəsində azı 4 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbə yaşayış evinə endirilib. Hücum zamanı daha 2 nəfər də yaralanıb.
Qeyd edək ki, bundan öncə ABŞ qüvvələrinin Yəməndə husilərə qarşı əməliyyat keçirməsi barədə informasiya yayılmışdı.