Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Hava Qüvvələri Yəməndə husilərin hökumət kompleksinə zərbələr endiriblər.
"Ənsərallah" hərəkatının (husilər) istifadə etdiyi hökumət kompleksi Yəmənin şimal-qərbindəki Əl Cauf vilayətində yerləşir.
Bu barədə Yəməndə hakimiyyətdə olan husilərin Səhiyyə Nazirliyinin təmsilçisi Anis əl Əshabi məlumat verib.
Əl Əshabi X səhifəsində yazıb: "Düşmən Amerika Əl Cauf vilayətinin Əl Həzm rayonunda yerləşən hökumət kompleksinin binasına dörd zərbə endirib". O, hücum nəticəsində zərərçəkənlərin olub-olmadığı barəsində məlumat verməyib.
Hürr Tərcüman