ABŞ Yəmənin paytaxtına hava zərbələri endirdi

07.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ-nin “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələr nəticəsində azı 3 mülki şəxs ölüb, daha 6 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İlkin məlumatlara görə, ABŞ-nin Şaab əl-Həfa bölgəsində bir evə bir neçə zərbə endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 6-sı yaralanıb”, - paylaşımda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью