ABŞ Yəmənin Səada şəhərini vurub Əl Məsirə

28.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində eyniadlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan "Əl Məsirə" telekanalı məlumat yayıb.

Teelekanalın verdiyi məlumata görə, hücumda xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb. "İlkin məlumata görə, ölən və yaralananların sayı onlarladır. Binanı alov bürüyüb. Hadisə yerində mülki müdafiə bölmələri işləyir, yanğını söndürməyə və içəridəki insanları xilas etməyə çalışır", - deyə telekanal bildirib.

Öz növbəsində Livanın "Al Mayadeen" telekanalı Səada xəstəxanalarının qurbanlarla dolu olduğunu bildirib.

Bundan əvvəl Amerikanın Yəmənin paytaxtı Sənaya endirdiyi aviazərbələr nəticəsində 8 nəfərin öldüyü barədə məlumat daxil olub. Üç yaşayış binası bombalanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Bundan əlavə, Amran və Əl-Cəvf əyalətlərindəki hədəflərə də hava zərbələri endirilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью