Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ yeni və daha güclü termonüvə hava bombası olan B94 hazırlamağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə məlumat ABŞ Senatının Təxsisatlar Komitəsi tərəfindən dərc edilmiş sənəddə yer alıb.
Sənəd 2027 maliyyə ili üçün Energetika Nazirliyi və bir neçə digər ABŞ federal qrumu üçün maliyyələşdirmə təklifinə əlavə olunub.
Sursatın istehsalı üçün 77,1 milyon dollardan çox vəsaitin ayrılması gözlənilir. /Musavat.com/