Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2026-cı il üzrə Milli Müdafiə Strategiyası sənədini yayımlayıb. Sənəddə ölkənin müdafiə prioritetlərində dəyişikliklərə işarə edilərək daxili təhlükəsizliyə və müttəfiqlər arasında yükün daha çox bölüşdürülməsinə üstünlük verildiyi vurğulanır.
Sherg.az xəbər verir ki, strategiyada ABŞ ərazisinin müdafiəsi əsas prioritet kimi göstərilir. Eyni zamanda Hind-Sakit okean regionunda Çinin güc yolu ilə deyil, çəkindirmə vasitəsilə qarşısının alınması, müdafiə sənayesinin yenidən gücləndirilməsi və müttəfiqlərin məsuliyyətinin artırılması məqsədləri qeyd olunur.
Sənəddə Rusiya isə “davamlı, lakin idarəolunan təhdid” kimi xarakterizə edilir və Avropa ölkələrinin öz ənənəvi müdafiələri üçün əsas məsuliyyəti üzərlərinə götürməli olduqları bildirilir.