ABŞ yeni sanksiyalar tətbiq edib

03.09.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ 5 Kuba təşkilatına və ölkənin keçmiş prezidentinin nəvəsi Fidel Ernesto Kastro Kalisə qarşı sanksiyalar tətbiq edib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunan bəyanatında bildirilib.

Bu təşkilatlar Kubanın maliyyə, metallurgiya və mədən sənayesi, həmçinin enerji sektorları ilə əlaqəlidir.

Rubionun sözlərinə görə, yeni məhdudiyyətlər adanın indiki hakimiyyətini dəstəkləyən və onların ölkə iqtisadiyyatı üzərində nəzarətinin qorunub saxlanmasına kömək edən qurum və şəxslərə qarşı yönəlib.

Xüsusilə "Banco Exterior de Cuba", həmçinin Kubanın təbii resurslarını və ya enerji ehtiyatlarını hakimiyyətin maraqları naminə istismar edən dörd təşkilat sanksiyalar siyahısına düşüb.

Dövlət katibi iddia edib ki, Kuba xalqı çətinliklərlə üzləşdiyi halda, Kastro ailəsi və onun Kuba Daxili İşlər Nazirliyindəki tərəfdarları adanın iqtisadiyyatı üzərində tam nəzarəti saxlamağa davam edir, resursları hakimiyyət nümayəndələrinin kiçik bir qrupunun maraqları naminə cəmləşdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью