ABŞ yeni uzaqmənzilli raketini təqdim etdi

24.08.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Hərbi Dəniz Qüvvələri uçuş məsafəsi 460 kilometrdən çox olan "AIM-424 LRAAM-Malice" adlı uzaqmənzilli "hava" tipli raket hazırlayır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında yayımlanan press-relizdə məlumat verilib.

ABŞ tərəfinin bildirdiyinə görə, "AIM-424" donanmanın müdafiəsini gücləndirmək və havada həlledici üstünlüyü qorumaq üçün nəzərdə tutulub. Raket dördüncü, beşinci və altıncı nəsil aviasiya platformaları üçün hazırlanır.

"AIM-424" bərk yanacaqlı mühərriklə təchiz olunub. Onun uzunluğu təxminən 4 metr, çəkisi isə 680 kiloqramdan çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью