ABŞ yığması 1930 cu ili xatırladır

21.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

ABŞ yığması DÇ-2026-da uğurlu çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, təşkilatçı ölkənin komandası ikinci oyununda Avstraliyanı 2:0 hesabı ilə məğlub etdi. Bununla da ABŞ yığması mundialda son 96 ildə ən yaxşı nəticəyə imza atdı. Komanda 1930-cu ildə keçirilən dünya çempionatından sonra ilk dəfə nəhəng turnirin startında ardıcıl iki qələbə qazandı. Amerikalılar DÇ-1930-da Belçika və Paraqvayı 3:0 hesabı ilə məğlub etməklə yarımfinala vəsiqə qazanmışdılar.
Xatırladaq ki, Maurisio Poçettinonun çalışdırdığı komanda DÇ-2026-dakı ilk matçında Paraqvayı 4:1 hesabı ilə məğlub edib. 2 turdan sonra 6 xalı olan ev sahibləri pley-offa vəsiqəni təmin ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью