ABŞ yığmasının əsas oyunçusu zədələnib

17.06.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ millisinin əsas oyunçusu Kristian Pulişiçin DÇ-2026-da növbəti oyunda iştirakı sual altındadır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Baldır nahiyəsindən zədə alan hücumçu bərpa prosesini davam etdirir. Pulişiç komandanın ümumi məşqində iştirak etməyib və fərdi proqram üzrə çalışıb.

Pulişiçin problemi ötən həftə məşq zamanı başlayıb. O, sol baldırının arxa hissəsindən zərbə alıb. Buna baxmayaraq, ABŞ-ın Paraqvaya 4:1 hesabı ilə qalib gəldiyi DÇ-nin ilk tur matçında meydana çıxıb.

26 yaşlı futbolçu həmin görüşdə Folarin Baloquna məhsuldar ötürmə edib.

Qeyd edək ki, ABŞ millisi Dünya Kubokundakı növbəti oyununu iyunun 19-da Avstraliyaya qarşı keçirəcək. Pulişiçin bu matçda oynayıb-oynamayacağı hələlik qeyri-müəyyəndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью