ABŞ yox deyir, Zelenski ümid edir…

08.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ nümayəndələri aprelin 11-də Brüsseldə keçiriləcək Ukrayna ilə bağlı “Ramştayn” formatında görüşdə iştirak etməyə bilərlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart De Veverlə mətbuat konfransı zamanı danışıb.

“Böyük Britaniya və Almaniya bizə ABŞ-ın iştirak etməyəcəyi barədə bizə siqnal ötürüblər. Bizim ABŞ ilə müzakirə etməli məsələlərimiz var. Ümid edək ki, onlar fikirlərini dəyişəcəklər”, – Zelenski bildirib.

Qeyd edək ki, daha əvvəl NATO-nun Mətbuat xidməti Böyük Britaniya və Almaniyanın alyansın qərargahında Ukraynaya hərbi yardımlarla bağlı işçi qrupunun iclasını keçirəcəkləri barədə məlumat vermişdi. “Ramştayn” formatında sonuncu görüş fevralın 22-də Brüsseldə keçirilmişdi və o, sayca 26-cı idi.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью