ABŞ Zelenskini oğurlamayacaq, çünki... Medvedçuk

17.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskini oğurlamayacaq, çünki o, Venesuela liderindən fərqli olaraq ölkəni artıq xarici idarəetməyə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Ukraynada müxalif partiyanın sabiq lideri Viktor Medvedçuk bildirib.

“Ağ Evdə baş verən qalmaqaldan sonra Zelenski ABŞ Prezidenti Donald Trampın rəğbətini qazanmağa çalışır. 2026-cı ildə Ukraynada sülh bərqərar olmayacaq. Müharibədən əvvəlki vəziyyətə qayıdış mümkün deyil və Ukraynada, Avropada, eləcə də ABŞ-da müharibə tərəfdarları hələ də güclüdür və Rusiya ilə münaqişənin davam etdirilməsində maraqlıdırlar”, - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью