Icma.az, Lent az portalına istinadən məlumat yayır. ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefonla danışdığı gün ABŞ
O, Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-ın bu ölkənin mineral ehtiyatlarının yarısına mülkiyyət hüququnu alacağı sənədi təqdim edib.
Üstəlik, ölkə başçısına sənədlə tanış olmaq və imzalamaq üçün məhdud vaxt verilib.
Lent.az bildirir ki, bu barədə “NBC News”a beş Amerika rəsmisi və müzakirələrlə tanış olan başqa bir şəxs bildirib.
Qeyd olunur ki, Zelenski Bessentdən sənədi ətraflı öyrənmək üçün ona vaxt verməsini tələb edib.
Buna cavab olaraq ABŞ maliyyə naziri bildirib ki, müqaviləni imzalamaq üçün onun bir saatı var, əks halda onun ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə gözlənilən görüşləri ləğv ediləcək.
Nəşr xatırladıb ki, Zelenski bu sənədi imzalamaqdan imtina edib.
ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, bu səbəbdən Ukrayna prezidentinin komandasına Vens və Rubio ilə görüşlərin təxirə salındığı bildirilib, lakin onlar hər halda sonradan baş tutub.