Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Nümayəndələr Palatasının Büdcə Təsisatı Komitəsi 2027-ci maliyyə ili üçün Milli Təhlükəsizlik, Dövlət Departamenti və əlaqəli proqramlar üçün ayırmalar təmin edən qanun layihəsini qəbul edib.
“Cebheinfo.az”-ın məlumatına görə, qanun layihəsi Cənubi Qafqaz ölkələrinə genişləndirilmiş yardımı nəzərdə tutur.
“Komitə regional sülh, sabitlik, inteqrasiya və əlaqəni gücləndirmək səyləri ilə ABŞ-nin strateji maraqlarını inkişaf etdirmək, eləcə də ikitərəfli strateji tərəfdaşlıq nizamnamələrini fəal şəkildə dəstəkləmək üçün Cənubi Qafqaz ölkələrinə vəsait ayırır”, - deyə sənəddə qeyd edilir.
Qanun layihəsində diqqət çəkən məqam “Tramp marşrutu”nun reallaşması üçün xüsusi maliyyənin ayrılması ilə bağlıdır.
Sənəddə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə toxunularaq deyilir:
“Komissiya ABŞ-nin Cənubi Qafqazda davamlı sülhün təşviqi, eləcə də region ölkələrinin təhlükəsizliyinin və rifahının gücləndirilməsi səylərini qətiyyətlə dəstəkləyir”.
Qeyd edilir ki, Dövlət Katibi TRIPP çərçivəsində vəsaitlərin ayrılması və görülən tədbirlər barədə qanunun qəbul edilməsindən sonrakı 90 gün ərzində Konqresə ətraflı hesabat təqdim etməlidir.
Bu hesabatda investisiya maliyyəsi təmin edənlər də daxil olmaqla, icraçı tərəfdaşlar müəyyən edilməli və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası, Ticarət və İnkişaf Agentliyi kimi digər müvafiq federal qurumların TRIPP-nin qurulmasına, inkişafına və uğurlu fəaliyyətinə dəstək verməsində rolu təsvir edilməlidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin