ABŞ Zəngəzurla bağlı məxfi sənədləri açdı Ermənistan qarışdı KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABŞ Dövlət Departamentinin 90-cı illərdə Meğri dəhlizi ilə bağlı aparılan sənədləri açması, Ermənistanın Baş naziri Nikol Paşinyanın yalanını ortaya çıxarmaq üçün atılan addımdır”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, Paşinyan keçmiş prezidentləri debatlara dəvət etdi, amma Levon Ter-Petrosyan əvəzində Paşinyanı danışıqlar sənədini yayımlamağa çağırdı: “Paşinyan bunu etmədi, lakin onun yerinə bunu Vaşinqton etdi.
ABŞ və Fransa, eləcə də digər Qərb ölkələri Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarı idilər.
Nikol Paşinyan isə ictimaiyyəti inandırmağa çalışır ki, Qarabağın verilməsi qərarını Rusiya qəbul edib.
Onlar müharibəni alovlandırdılar ki, Rusiya qoşunlarını çıxarsınlar. Bütün bunlar mərhələli şəkildə açılır.
Nikol Paşinyan artıq ABŞ-la toqquşmadadır. Amerika isə ona qarşı propaqandanı başladıb.
Tam oxu
Xəbəri oxu