ABŞ zərbələrindən sonra Tehran Məşhəd dəmir yolu üzrə hərəkət dayandı

09.07.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin İrana endirdiyi hava zərbələrindən sonra Tehran və Məşhəd şəhərlərini birləşdirən dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəydiyi üçün hadisə yerinə təmir briqadaları göndərilib. Zədələnmiş hissələrin bərpası istiqamətində işlər aparılır.

Məlumatda qeyd olunur ki, sərnişinlərin mənzil başına çatdırılması üçün müvəqqəti alternativ nəqliyyat sxemi hazırlanıb. Belə ki, zədələnmiş dəmir yolu hissəsi avtomobil nəqliyyatı ilə keçilərək sərnişinlərin marşrut üzrə hərəkəti təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью