“ABŞ zərbələrinin bərpa olunması ehtimalını yüksək dəyərləndirə bilərik...”

19.08.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya Xəzər dənizi vasitəsilə İrana trotil (TNT), sursat və PUA komponentləri göndərməyə başlayıb. Bu sxem ABŞ tərəfindən izlənilə biləcək marşrutlardan yan keçməyə imkan verir”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“Rusiyanın bu yardımı İranın aylarla davam edən hərbi əməliyyatlar nəticəsində tükənmiş raket və dron ehtiyatlarını bərpa etməsinə kömək etmək məqsədi daşıyır. Nəzərə alsaq ki, iki aylıq uğursuz atəşkəs müddəti basa çatıb, danışıqlar prosesi də iflasa uğrayıb, Hörmüz və Babül-Məndab boğazında atəş səsləri də eşidilir, İran da bəyanatlarından geri addım atmır, o zaman yaxın günlərdə ABŞ zərbələrinin bərpa olunması ehtimalını yüksək dəyərləndirə bilərik”, - deyə o, bildirib. 

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью