ABŞa təklif etmişdik, amma qulaq asmadılar Gülər

15.12.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-a İŞİD-lə mübarizə çərçivəsində təklif göndərmişdik.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

“Təklif etdik ki, PKK/YPG terror təşkilatı ilə birgə hərəkət etməyə son qoysunlar. Təlimatlandırdığımız 3 komandos alayı ilə İŞİD-ə qarşı birgə hərəkətə keçməyi təklif etdik. Hətta onlara dedik ki, minlərlə İŞİD terrorçusu və onların ailələrinin saxlandığı Əl-Hol düşərgəsinə nəzarəti ələ keçirə bilərik. Buna baxmayaraq, amerikalı dostlarımız susaraq İŞİD-ə qarşı mübarizə adı altında PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdilər”, - Gülər bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью