Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Rəsmi Bakı ilə Ağ Evin yeni rəhbərliyi arasında ilk təmas artıq reallaşıb.
Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Donald Trampı yenidən Prezident seçilməsi münasibətilə təbrik edən dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.
İlkin təmas artıq reallaşıb Göründüyü kimi, artıq Ağ Evə qayıdışa hazırlaşan Tramp və onun administrasiyası qarşıdakı dörd ildə dünya siyasətində hansı rol oynayacağının, müxtəlif bölgələr, o cümlədən Cənubi Qafqazla bağlı hansı mövqenin sərgilənəcəyinin planlarını cızmaqdadır.