ABŞda “11 sentyabr” kimi terror aktı hazırlayan şəxs saxlanılıb

15.11.2024

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Federal Təhqiqatlar Bürosu Texas ştatının Hyuston şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən ölkə sakinini saxlayıb. 
Demokrat.az
xəbər verir ki, bu barədə yerli kəşfiyyat xidmətinin filialının X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Açıqlamada 28 yaşlı Ənəs Səidin həbsdə olduğu dəqiqləşdirilir. Gənc mənzilinin olduğu yaşayış kompleksində saxlanılıb.
Dindirilmə zamanı şübhəli şəxs “2001-ci il sentyabrın 11-i üslubunda” terror aktı törətmək niyyətində olduğunu etiraf edib. 
Eyni zamanda, Səidin hücumu həyata keçirmək üçün bütün lazımi resursları var olub.
Təhlükəsizlik xidməti onu da müəyyən edib ki, gənc öz mənzilini İslam Dövləti üzvlərinə sığınacaq kimi təklif edib. Üstəlik, o, qrupun ideyalarını cəmiyyətdə təbliğ etməyə çalışıb və Hyustondakı işə götürmə məntəqələrinə hücum etmək imkanlarını öyrənib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью