ABŞda baş verən iki dəhşətli hadisə arasında əlaqə araşdırılır Bayden açıqladı

02.01.2025

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda baş vermiş terror aktı ilə Las-Veqasda “Cybertruck” pikapının partlaması arasında əlaqənin olub-olmadığını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden söyləyib.

Amerika lideri Kemp-Deviddəki istirahət iqamətgahından baş verənlərlə əlaqədar vətəndaşlara qısa müraciətində bildirib:

“Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri araşdırır, o cümlədən iki hadisə arasında hər hansı mümkün əlaqənin olub-olmadığı müəyyənləşdirilir”.

Bayden baş verənlərlə bağlı ABŞ-ın seçilmiş prezidenti Donald Trampla söhbət edib-etmədiyi və yaxın vaxtlarda ABŞ-da oxşar hadisələrin gözlənilməsi ilə bağlı jurnalistlərin müvafiq suallarını cavabsız qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью