ABŞda Co Baydenin oğlunun 4 milyon dollarlıq evi yandı FOTO

09.01.2025

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Malibuda (Kaliforniya, ABŞ) yanğın ABŞ Prezidenti Co Baydenin oğlu, 54 yaşlı Hanter Baydenin evini tamamilə məhv edib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, mülk 4 milyon dollar dəyərində qiymətləndirilib.

Eksklüziv fotolarda 54 yaşlı Hanterin həyat yoldaşı Melissa Cohen ilə paylaşdığı 4 milyon dollarlıq evi əks olunub.

Malikanənin üç vanna otağı və Sakit Okeana panoramik mənzərəsi var idi. Bağda xurma palmalar böyüyürdü. Hanter Bayden hələlik baş verənlərlə bağlı açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью