ABŞda elektrik stansiyasını PUA ilə partlatmaq istəyiblər 24 yaşlı şəxs saxlanılıb

05.11.2024

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da 60-cı prezident seçkilərinin keçirildiyi gün terror aktı xəbərdarlığı yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tennessi ştatında  elektrik stansiyasına bombalı hücumu planlaşdırdığı iddia edilən şəxs saxlanılıb.

Məlumata görə, həmin şəxs, yəni, Nashville şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan  24 yaşlı Skyler Philippin PUA-ya C4 markalı partlayıcı bağıayaraq stansiyaya kamikadze hüxumu həyata keçirməyə çalışıb.

Baş prokuror Merrik B.Qarland faktla bağlı bildirib ki, terrorçunun planının qarşısı son anda alınıb: "Bu, ölkəmizə xaos toxumu səpmək istəyənlərə növbəti xəbərdarlıqdır. Ədliyyə Departamenti sizi tapacaq, planınızı alt-üst edəcək və sizi layiq olduğunuz cəzaya məhkum edəcək".

Baş prokuror terrorun qarşısını alan FTB əməkdaşlarına da xüsusi təşəkkür edib.

Lamiyə Əhmədli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью