ABŞda güclü zəlzələ oldu

10.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

ABŞ-ın Nevada ştatında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 241 min nəfərin yaşadığı Rina şəhərindən 77 km cənub-şərqdə, 3 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Tsunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью