ABŞda ipoteka faizləri yüksəlir, müraciətlər azalır

02.01.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri yüksəlir, müraciətlər azalır.

Banco.az xəbər verir ki, İpoteka Banklar Assosiasiyası (MBA) Milad tətili səbəbindən ötən həftə açıqlanmayan, 27 dekabr 2024-cü il tarixində başa çatan iki həftəlik dövrə dair ipoteka məlumatlarını açıqlayıb.

Buna görə, ipoteka müraciətləri ötən həftə iki həftə əvvələ nisbətən 21,9% azalıb.

Həmin dövrdə ev almaqla bağlı müraciətlər 13% azalarkən, yenidən maliyyələşdirmə müraciətləri 36% geriləyib.

Ölkədə 30 illik ipoteka üçün orta faiz dərəcəsi 6,89%-dən 6,97%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni dövrdə 15 illik ipoteka üçün orta faiz dərəcəsi isə 6,37%-dən 6,43%-ə qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью