ABŞda keçirilən pdezident seçkiləri tarixin ən bahalı seçkisi olub

06.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə, ümumilikdə 3,5 milyard dollar xərcləyiblər.

Modern.az-ın məlumatına görə, Böyük Britaniyanın “Financial Times” (FT) qəzetinin hesablamalarına görə, bu, ABŞ tarixindəki ən bahalı prezident seçkiləri olub.

Nəşrin verdiyi məlumata əsasən, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplayıb və bunun 1,9 milyard dollarını kampaniya xərclərinə yönəldib.

Ağ Evin sabiq rəhbəri, Donald Tramp isə 1,8 milyard dollar toplayıb və bu məbləğin yarısından çoxunu seçki kampaniyasına xərcləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью