ABŞda meşə yanğınları: Dəyən ziyanın miqdarı…

14.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın Los Anceles şəhəri və ətraf ərazilərində davam edən genişmiqyaslı yanğınlar səbəbindən dəyən zərərin və iqtisadi itkilərin həcminin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.

Axar.az xəbər verir ki, bu barədə “AccuWeather” ekspertləri bildirib.

Qeyd edək ki, ötən həftə portal dəyən zərərin həcminin 52-57 milyard dollar olduğunu açıqlamışdı.

Xatırladaq ki, 7 yanvarda başlayan və hələ də nəzarət altına alınmayan yanğınlar artıq 163 kv.km ərazini əhatə edir. İndiyə qədər yanğınlarda 24 nəfər ölüb, minlərlə mülk yanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью