ABŞda “ödənişli ağır trafik zonası” dövrü başlayıb

08.01.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da nəqliyyatın sıx olduğu Nyu Yorkun Empire State, Times Square və Wall Street ətrafındakı ərazilərə daxil olmaq istəyənlər gündə 9 dollara qədər pul ödəyəcəklər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, günün ən sıx saatlarında avtomobilləri ilə bu ərazilərə daxil olmaq istəyənlər 9 dollar, digər saatlarda isə 2,25 dollar ödəyəcəklər.

“Nəqliyyat sıxlığı haqqı”nın 2028-ci ilə qədər 12 dollara, 2031-ci ilə qədər isə 15 dollara çatdırılması planlaşdırılır.

İki il əvvəl Nyu York qubernatoru Kathy Hochul tərəfindən təqdim edilən bu təklif həyata keçirilmədi, lakin şikayətlərdən sonra yenidən baxıldı. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bu praktikanın əleyhinə olduğunu açıqlayıb.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью