ABŞda partlayış: 1 ölü, 5 yaralı var

24.12.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

ABŞ-ın Florida ştatında qayıqda partlayış baş verib, 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.
Sitat.info xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Fort Lauderdeyl şəhərində estakada lövbər salan qayıqda partlayış baş verib.

Partlayışdan sonra qayıq alovlanıb. Yanğın başqa qayığa da keçib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 1 nəfərin öldüyü, 5 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Seymur,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью