ABŞda seçkinin təhlükəsizliyini PUAlar da qoruyacaq

04.11.2024

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ-da seçki komissiyalarının əməkdaşlarına qarşı təhdidlərin artması və iğtişaşların baş verə biləcəyi səbəbindən bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib.
Reyting.az
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, hətta seçki günü təhlükəsizliyin qorunması tədbirlərinə pilotsuz uçan aparatlar (PUA) və snayperlər də cəlb olunacaq. Vaşinqton və Nevada ştatlarında isə mümkün etirazlara qarşı Milli Qvardiya cavab tədbirləri görəcək.
Qeyd edək ki, ABŞ prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
E. KAMAL

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью