ABŞda şənlik zamanı atışma: İki yeniyetmə ölüb, dörd nəfər yaralanıb AZƏRTAC

16.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 dekabr, AZƏRTAC

ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik zamanı atışma nəticəsində ən azı iki yeniyetmə ölüb, dörd nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polisə istinadla “Associated Press” məlumat yayıb.

Məlumata görə, naməlum şəxs şənlikdə atəş açıb. Nəticədə 14 və 16 yaşlı yeniyetmələr ölüb, daha 5 nəfər xəstəxanaya çatdırılıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis araşdırmaları davam etdirir, lakin cinayəti törədənin kimliyi barədə heç bir məlumat verilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью