ABŞda sərnişin təyyarəsində insdent yaşandı, yaralılar var

10.01.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ləğv edilmiş ABŞ reysindən sərnişinləri təxliyə edərkən 4 nəfər yaralanıb
ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərinin hava limanında reysi təxirə salınan Delta Air Lines şirkətinə məxsus təyyarədən sərnişinlərin təxliyyəsi zamanı 4 nəfərin yaralandığı bildirilib.
Ləğv edilmiş ABŞ reysindən sərnişinləri təxliyə edərkən 4 nəfər yaralanıb
Atlantadakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanından verilən açıqlamaya görə, Delta Air Lines-in Minneapolisə uçması mühərrik problemi səbəbindən ləğv edilib.
Təyyarədə olan sərnişinlərin uçuş-enmə zolağında təcili sürüşmələrdən istifadə edərək təxliyyəsi zamanı 3-ü yüngül olmaqla 4 sərnişin xəsarət alıb.
Ölkədəki uçuşları izləyən FlightAware saytının məlumatına görə, ABŞ-da güclü qar və buzlanma səbəbindən yüzlərlə reys ləğv edilib, daha yüzlərlə uçuş gecikib.
ABŞ-ın 13 ştatında yağan güclü qar və soyuq hava quru, dəniz və hava nəqliyyatında böyük aksamalara səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью