ABŞda son 10 ilin ən güclü qarı yağacaq

06.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Fırtına xəbərdarlığı fonunda ABŞ-da son 10 ilin ən güclü qarın yağacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Belə ki, Vaşinqtonda qarın qalınlığının 15-25 sm olacağı ehtimal edilir.

"Bəzi bölgələr üçün bu, on ildən çox müddətdə ən güclü qar yağışı ola bilər", - ABŞ Milli Okean və Atmosfer Administrasiyasından (NOAA) bildirilib.

Sinoptiklərin proqnozlarına görə, qar fırtınası zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.

Bundan əvvəl yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Qar yağması səbəbindən ABŞ-ın 12 ştatında elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda qar əvəzinə güclü tufan müşahidə olunacaq.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью