Icma.az bildirir, Qaynarinfo portalına istinadən. 2023-2024-cü tədris ili ərzində ABŞ-da 1 130 azərbaycanlı təhsil alır.
Report xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi təşkil edilən tədbirdə bildirib.
O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.
"Birləşmiş Ştatlarda təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar.
ABŞ dünyanın hər yerindən gələn, 210-dan çox ölkə və regionun tələbələri üçün ən cəlbedici təhsil məkanıdır", - səfir vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.