ABŞda təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

20.11.2024

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2023-2024-cü tədris ili ərzində ABŞ-da 1 130 azərbaycanlı təhsil alır.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi təşkil edilən tədbirdə bildirib.

O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.

"Birləşmiş Ştatlarda təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞ dünyanın hər yerindən gələn, 210-dan çox ölkə və regionun tələbələri üçün ən cəlbedici təhsil məkanıdır", - səfir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью