ABŞda təyyarə qəzaya uğradı: 2 ölü, 1 yaralı var

24.11.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ-ın Kolorado ştatında “Cessna 182” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə Bizim.Media-ya NBC telekanalına istinadən xəbər verir.
Təyyarə axtarış-xilasetmə missiyası çərçivəsində uçuş həyata keçirərkən Boulder şəhərindən 77 km şimalda qəzaya düşüb. Təyyarənin göyərtəsində mülki hava patrulunun könüllü üzvləri olub.
Hadisə nəticəsində pilotlardan biri və aerofotoqraf həlak olub, ikinci pilot isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. Yerli hakimiyyət orqanları faciə ilə bağlı təhqiqat aparır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью