ABŞda tornado: 2 nəfər öldü, 6ı yaralandı

29.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Texas və Missisipi ştatlarını cənginə alan silsilə tornadolar nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu məlumatı Texas ştatının meteorologiya xidməti təsdiqləyib.

Qeyd olunur ki, Liverpul (Texas) bölgəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Digər şəxs isə Missisipi ştatında ölüb, orada 2 nəfər yaralanıb.

Təbii fəlakət səbəbindən 80 minə yaxın ştat sakini işıqsız qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью