ABŞda Tramp tərəfdarı qadından görünməmiş etiraz

04.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-da Tramp tərəfdarı qadından görünməmiş etiraz

Nyu-Cersidə baş verən maraqlı hadisədə Donald Trampın tərəfdarı olan qadın seçici siyasi yönümlü geyimdə səsvermənin qarşısının alınmasına reaksiya verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Hamilton qəsəbəsindəki seçki mərkəzində baş verən hadisədə Tramp temalı şlyapasını və köynəyini çıxarması tələb edilən ağ saçlı qadın sərhədləri aşaraq etirazını nümayiş etdirib.

Merser Dairəsinin Seçki Şurasının sədri Jill Moyerin sözlərinə görə, qadın ona növbəsini itirməyəcəyini bildirdikdə gözlənilməz reaksiya verib. Qadın qəflətən köynəyini çıxarıb, onu ət rəngli büstqalterdə qoyub və seçki məmurlarına qarşı təhqiramiz jestlər edib.

Hadisə sosial şəbəkədə sürətlə yayılıb. Reddit-də paylaşılan və sonra silinən fotoda büstqalterli qadının şəklinin altına "Tramp-a səs verməmin səbəbi budur" yazılıb. Hətta Trampın namizəd yoldaşı, senator Vens də işə qarışaraq, qadını "vətənpərvər" adlandırıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью