ABŞda Trampın inauqurasiya tarixi açıqlandı

06.11.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il noyabrın 20-də Vaşinqtondakı Kapitolidə keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə USA Today qəzeti məlumat yayıb.


Amerika prezidentinin andiçmə prosesi belə görünür: Tramp and içəcək, sonra çıxış edəcək. Yeni prezidentin nitqinin rəsmi hissəsindən sonra təntənəli parad və inauqur balı keçiriləcək.


Mərasimdən sonra Donald Tramp və həyat yoldaşı, həmçinin seçilmiş vitse-prezident J.D.Vens və həyat yoldaşı Ağ Evə gələcək və burada onları hazırkı prezident Co Bayden və hazırkı vitse-prezident Kamala Harris qarşılayacaq.


Bu, hakimiyyətin sülh yolu ilə ötürülməsini simvolizə edən bir ənənədir. Ancaq həmişə müşahidə olunmur: Trampın özü 2021-ci ildə Ağ Evdə keçirilən mərasimə məhəl qoymayıb.
İnci
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью