ABŞda yanğınlar: erməni məktəbi kül oldu

09.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Los-Ancelesdə baş verən böyük yanğınlar zamanı ermənilərin “Saak-Mesrop Ay Kristonya” məktəbinin binası da yanıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-dakı erməni diasporu məlumat yayıb.

“Saak-Mesrop Ay Kristonya” 1980-ci ildə bir qrup din xadiminin təşəbbüsü ilə yaradılmış özəl məktəbdir. Uşaq bağçası və orta məktəbdən ibarətdir. İngilis dilinin tədrisi dövlət proqramı ilə paralel olaraq erməni dili, tarixi və dini öyrənilir.

Qeyd edək ki, Los-Ancelesdə güclü meşə yanğınları davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью