Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Xəbər vediyimiz kimi, amerikalılar bu gün 47-ci ABŞ prezidentini seçmək üçün səs verir.
Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək.
Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.
ABŞ-dakı seçkilər Azərbaycan üçün nəyi dəyişəcək? Mövzu ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verib.
O bildirib ki, ABŞ-da kimin seçki yarışının qalibi olacağını indidən proqnozlaşdırmaq mümkün deyil.
Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilər deyil.
"Seçilmiş nümayəndələrin, yəni təmsilçilərin sayı həlledicidir.
Məsələn son seçkilərdə Tramp ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi.