ABŞdakı səfirliyimizdə xatirə kitabı açıldı FOTO

26.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Publika.az xəbər verir ki, səfirlikdə xatirə kitabı açılıb, səfirliyin sosial şəbəkələrdəki hesablarında paylaşımlar edilib.

Səfir Xəzər İbrahim və səfirliyin heyəti təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gün ərzində xarici dövlətlərin ABŞ-dakı diplomatik nümayəndələri Azərbaycan səfirliyinə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью